BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ viza verməyi dayandırdı

ABŞ-ın Azərbaycandakı səfirliyi vizaya görə müraciət edənlər üçün təyin etdiyi müsahibələrin vaxtını qeyri-müəyyən müddətə təxirə salıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə ABŞ-ın Bakıdakı səfirliyinə viza üçün müraciət etmiş Azərbaycan vətəndaşları məlumat veriblər.

 

Bütün müraciət edənlərə mesaj yollanıb ki, görüş qeyri-məəyyən müddətə təxirə salınır. Lakin təxriə salınmaının səbəbləri barədə hər hansı konkret səbəb göstərilmir.

 

Qeyd edək ki, dünən ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika vətəndaşlarını ehtiyat tədbirləri görməyə çağırıb. “Yaxın Şərqdə gərginlik artır, bu, xaricdəki ABŞ vətəndaşları üçün təhlükə yarada bilər. Bu səbəbdən səfirliyin personalı səfərləri minimuma endirmək barədə göstəriş alıb”, – səfirliyin saytında bildirilib.

 

Əsasən amerikalılara öz ətrafına diqqət yetirmək, turistlərin toplandığı yerlərdə sayıq olmaq, şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmək, sənədləri əl çatan yerlərdə saxlamaq tövsiyə edilib.Pia.az

Tarix: 7 Yanvar 2020, 11:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin