BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Konstantin Zatulin, Vitali Milonov hay tüpürcəyinə tam haqq edirlər”

"Rusiyanın tanınmış hərbi eksperti İqor Korotçenkonun hay nasisti, cəllad və Hitlerin 3-cü dərəcəli əlaltılarından biri olan Qaregin Njdeyə Xocavəndin Rusiya hərbçiləri yerləşdirilən hissəsində  heykəl qoyulmasını ölkəsinin üzünə tüpürmək kimi qiymətləndirməsi tam doğru yanaşmadır. Maraqlıdır, necə olur ki, Hitler nasizmindən ən çox zərər çəkməklə yanaşı, onun məhvində ən böyük rolu məhz özünün oynadığını bildirən, bunu milli ideologiyaya çevirən bir ölkənin hərbçilərinin gözü qarşısında Njde kimi yaramaza heykəl qoyulur və onlar da buna heç nə olmamış kimi baxırlar".

 

Yenisabah.az xəbər verir ki, bu barədə millət vəkili Sahib Alıyev bildirib.

 

O qeyd edib ki, əgər onlar bunun nə demək olduğunu bilə-bilə belə bir təxribata göz yumurlarsa, demək Rusiya Dumasının  Konstantin Zatulin, Vitali Milonov və bir çox başqa üzvləri kimi hay tüpürcəyinə tam haqq edirlər:

 

"Bəzi addımları yumşaq desək, birmənalı qarşılanmyan və mandatlarına tam uyğun davranmadıqarından  mənim hələlik “sülhməramlı” adlandıra bilməyəcəyim Rusiya hərbçiləri anlamalıdrlar ki, nəyə görəsə, hansı səbəbdənsə hay təxribatçılarının onlarla birgə İqor Korotçenkonun təbirincə desək, ölkələrinin üzünə tüpürməsini görməzdən gələ bilərlər. Amma müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli Azərbyacan isə öz müqəddəs torpağının Njde kimi bir yaramazın heykəlilə murdarlanmasına seyrçi qalmayacaq, o  heykəl ya haradan gətirilibsə ora aparılacaq, ya da onu ora qoyanlarla birgə məhv ediləcək".

Tarix: 27 Yanvar 2021, 13:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin