BURADA REKLAMINIZ OLA
BİLƏR

AŞPA Rusiya nümayəndə heyətinin səlahiyyətlərini təsdiqlədi

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “Rusiya Federasiyası nümayəndə heyətinin hələ təsdiqlənməmiş etimadnaməsinin substantiv əsaslarla araşdırılması” adlı hesabat qəbul olunub. 

Pravda.az-ın xəbərinə görə, sənəddə Rusiya Federasiyasında demokratiya, qanunun aliliyi və insan hüquqları ilə əlaqəli bir sıra mənfi tendensiyalara diqqət çəkilib. 

Həmçinin müxalif bloqqer Aleksey Navalnının dərhal sərbəst buraxılması və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatından onun zəhərlənməsi ilə bağlı araşdırma aparılması tələb edilib. 

Hesabatı hazırlayan məruzəçi Stefan Şennak uzun müddətli həllərə çatma vasitəsi olaraq dialoq qurmağın əhəmiyyətinə toxunub. Buna görə o, hesabatda Assambleyanın Rusiya Federasiyasının nümayəndə heyətinin səlahiyyətlərini təsdiq etməsini və ilin sonunda monitorinq hesabatı təqdim edildiyi zaman əldə edilən irəliləyişin qiymətləndirilməsini təklif edib. 

Beləliklə AŞPA-nın qış sessiyası çərçivəsində keçirilən səsvermə zamanı Rusiya nümayəndə heyətinin səlahiyyətləri təsdiqlənib. Qərarın lehinə 107 nəfər, əleyhinə 36 nəfər səs verib.

APA

Tarix: 28 Yanvar 2021, 14:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin