BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Müğənnilərin həyatı asan deyil”

Deputat Novruzəli Aslanov Milli Məclisdə müğənnilərin minimum vergiyə cəlb edilməsi məsələsində onları müdafiə edib.

 

Pravda.az-ın xəbərinə görə, N. Aslanov toylara 17 - 18 minə də gedən müğənnilərin olduğunu qeyd edib.

 

Deputat deyib ki, bir mahnının təkcə studiyada yazılması, onun aranjemanı çox böyük bir qiymətə başa gəlir: “Həm də nəzərə alınmalıdır ki, müğənnilərin həyat tərzi o qədər də asan deyil. Onların əsas gəlir mənbələri mərasimlərdən əldə etdiyi vəsaitdir. Ansamblda 10-15 nəfər əməkdaşları var, onların da maddi vəziyyəti nəzərə alınmalıdır. Nəzərə almaq lazımdır ki, bu insanların gələcək həyatı sığortalanmayıb. Onların gələcək həyatı səslərindən asılıdır. Akif İslamzadə bizim üçün nümunədir. Onun həyatında səsi ilə bağlı fəlakət baş verdi, yaradıcılığına davam edə bilmədi".

Tarix: 14 Noyabr 2019, 23:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin