BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda sürüşmə: “Mercedes” dağıntının altında qaldı – İcra başçısı hadisə yerində

Bakının Səbail rayonu ərazisində Badamdar şossesində baş verib torpaq sürüşməsi ilkin məlumata əsasən, əvvəl qeydə alınan hissədə aktivləşib.

 

Pravda.az-ın xəbərinə görə, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov əraziyə gəlib.

 

Sürüşmə nəticəsində 1 iaşə xidməti obyekti və 2 fərdi yaşayış evi zərər görüb.

 

Ətrafda yaşayan insanlar təxliyə olunub.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Səbail Rayon Polis İdarəsinin rəhbəri Cavid Muradov və polis əməkdaşları da cəlb olunub.

 

Dağıntılar altında “Mersedes” markalı avtomobilin qaldığı bildirilib.

 

APA

Tarix: 28 Yanvar 2021, 22:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin