Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

Güləşçi edam olundu

İran güləşçisi Mehdi Əl Hüseyni 30 yaşında edam edilib.

 

Pravda.az "Bloodyelbow" nəşrinə istinadən xəbər verir ki, idmançı 2015-ci ildə kütləvi dava zamanı bir nəfəri öldürməkdə günahlandırılıb.

 

İranın yunan-Roma güləşi üzrə olimpiya, 6 qat dünya və 2 qat Asiya çempionu Həmid Soryan Reyhanpur mərhumun ailəsindən Hüseynini əfv etmələrini xahiş edib. Lakin bu xahiş nəticəsiz qalıb və hökm icra edilib.

 

Qeyd edək ki, 2020-ci ilin sentyabrında İranda daha bir güləşçi Navid Əfkari edam olunub. Səbəb kimi onun bir nəfəri öldürməsi göstərilib. Lakin hüquq müdafiəçiləri Əfkarinin 2018-ci ilin yayında etiraz aksiyalarında iştirakı səbəbindən edam olunduğunu bildiriblər.

 

Report

Tarix: 29 Yanvar 2021, 10:14   
Xəbər lenti
Çox oxunanlar