BURADA REKLAMINIZ OLA
BİLƏR

AFFA Dadaşlinskiyə bilet göndərdi - “Elxan Məmmədovu "3D" verilişində gözləyirəm”

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İctimai Televiziyada yayımlanan “3D” verilişinin aparıcısı Dadaşlinski Dadaş Dadaşoğluna AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da keçiriləcək Azərbaycan – Uels oyununda iştirak üçün 2 bilet göndərib.

 

Pravda.az xəbər verir ki, bu barədə Dadaşlinski “3D” verilişində məlumat verib.

 

Aparıcı oyuna gedəcəyini bildirib: “Bu, o demək deyil ki, AFFA-nın baş katibi Elxan Məmmədovla stadionda görüşmək niyyətindəyəm, Elxan müəllimi burada – “3D” verilişində gözləyirəm”.

Tarix: 14 Noyabr 2019, 23:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin