BURADA REKLAMINIZ OLA
BİLƏR

“Müharibə Azərbaycanın tam qələbəsi və ərazi bütövlüyünün bərpası ilə başa çatıb” – Zakir Həsənov

“2020-ci ilin sentyabrın 27-si tarixində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını alaraq, əks-hücum əməliyyatı həyata keçirib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən müharibə Azərbaycanın tam qələbəsi və ərazi bütövlüyünün bərpası ilə başa çatıb”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov işğaldan azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində deyib.

 

O xatırladıb ki, Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında ötən ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla atəşkəs rejiminə nail olunub.

Tarix: 30 Yanvar 2021, 13:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin