BURADA REKLAMINIZ OLA
BİLƏR

Bank kartlarından pulların silinməsinin səbəbi məlum oldu - Saxlanılanlar var

Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonda üç avtomobildən pul, açar və iki mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Hüseynzadə yaxalanıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Y.Həsənovun ətrafında Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 11-də İ.Kərimovanın və X.Kazımovanın bank kartlarından istifadə etməklə hər birinin 330 manat pulunu çıxararaq oğurlaması da müəyyənləşdirilib.

 

Faktlarla bağlı araşdırmalar aparılır.

Tarix: 7 Yanvar 2020, 17:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin