BURADA REKLAMINIZ OLA
BİLƏR

Siyavuş Novruzov: "Kim maşınını 300 manat verib yeraltı parkinqdə saxlayar?"

Dövlət tərəfindən kifayət qədər vəsait ayrılıb, yeraltı parklar tikilib. Amma içərisinə girirsən, futbol meydançasına oxşayır”.

Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, təxminən on minlərlə maşının saxlanılması üçün yeraltı parklar var: “Amma içərisi bomboşdur. Çünki ora 7-8-9 manat qiymət qoyub. Aya vuranda bu 300 manata yaxın pul edir. Kim maşınını 300 manat verib yeraltı parkinqdə saxlayar? Bu qiymətlər aşağı salınmalıdır. Aidiyyəti strukturlar buna da baxmalıdır”.

Tarix: 1 Fevral 2021, 17:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin