BURADA REKLAMINIZ OLA
BİLƏR

Arzu Rəhimova general-polkovnik ali hərbi rütbəsi verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

 

Pravda.az-ın məlumatına görə, Sərəncama əsasən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

 

general-polkovnik ali hərbi rütbəsi

 

general-leytenant Arzu Yusif oğlu Rəhimova

 

general-mayor ali hərbi rütbəsi

 

polkovnik Azad Hüseyn oğlu Əliyevə

 

polkovnik Natiq Sahib oğlu Qarayevə.

Tarix: 2 Fevral 2021, 19:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin