BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın voleybol yığması uduzdu

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində ilk oyununu keçirib.

 

Pravda.az-ın xəbərinə görə, Niderlandın Apeldorn şəhərində keçirilən turnirdə ilk rəqib meydan sahibləri olub. Görüş yerli komandanın qələbəsi ilə başa çatıb - 3:0. Famil Ağayevin baş məşqçi olduğu kollektiv ilk setdə 23:25, ikincidə 18:25, üçüncüdə isə 22:25 hesabı ilə uduzub.

 

Qrupun digər qarşılaşmasında Polşa Bolqarıstanı yenib - 3:1 (23:25, 25:20, 25:19, 25:22).

 

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu yanvarın 9-da Bolqarıstana qarşı keçirəcək. Yanvarın 8-də isə Bolqarıstan - Niderland qarşılaşması oynanılacaq.

Tarix: 8 Yanvar 2020, 00:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin