BURADA REKLAMINIZ OLA
BİLƏR

Şahmar Paşayevin oğluna yüksək vəzifə verildi

Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elmir Hüseynov vəzifəsindən azad olunub.

 

Pravda.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

 

Nazirin digər əmri ilə onun yerinə polis polkovnik-leytenantı Turab Paşayev təyin edilib.

 

Qeyd edək ki, T.Paşayev hüquq-mühafizə orqanları sistemində nüfuzlu və peşəkar kadr kimi tanınan, sabiq polis rəisi Şahmar Paşayevin oğludur.

 

T.Paşayev bu təyinata qədər Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi vəzifəsində çalışırdı.

 

Report

Tarix: 3 Fevral 2021, 13:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin