BURADA REKLAMINIZ OLA
BİLƏR

İran ABŞ-ın İraqdakı aviabazalarına zərbələr endirdi - VİDEO

İraqın qərbində yerləşən və ABŞ-a məxsus “Eyn əl-Əsəd” hərbi bazasına doqquz raket zərbəsi endirilib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə “Press TV” telekanalı xəbər verib.

 

İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazasına onlarla raket zərbəsi endirdiyini bildirib.

 

“SEPAH İraqdakı ABŞ-ın “Eyn-əl-Əsəd” aviabazasına onlarla raket zərbəsi endirilməsini təsdiqləyir”, - deyə telekanalın “Twitter” səhifəsində yazılıb.

 

Zərbələr İran ərazisindən ballistik raketlərlə endirilib. Telekanal, həmçinin xəbər verir ki, İran İraqın şimalında, Erbil bölgəsində yerləşən ABŞ obyektlərinə də raket zərbələri endirib.

 

Amerika obyektlərinə endirilən raket zərbələri barədə artıq prezident Donald Trampa məlumat verilib.

 

Tarix: 8 Yanvar 2020, 08:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin