BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat Qarabağ qazisinə “iPhone” hədiyyə etdi: “Onların istəklərini yerinə yetirmək borcumuzdur”

“Deputatı olduğum seçki dairəsi üzrə şəhid ailələrinin və qazilərin siyahısını hazırlamışıq, mütəmadi yardımlar edirik, onları narahat edən problemlərin həllinə çalışırıq”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

 

E.Quliyev bildirib ki, dostu ona son model “iPhone” hədiyyə edib: “Evdə idi, işlətmirdim. Oğlum dedi ki, qazilərdən birinə baş çəkib, istəyi “iPhone”dur. Dedim, aparın verin, təki onlar sevinsinlər. Adını da deyə bilərəm maraqlanasınız. Digər qaziyə “Samsung” markalı telefon hədiyyə edilib. Bundan əlavə, Vətən müharibəsi iştirakçılarından 3 nəfərini işlə təmin etmişik. Mütəmadi o ailələrə baş çəkirik, yardımlar edirik. İnanmayan ərazidə sorğu apara bilər, məni hər kəs tanıyır. Qarşıdan Novruz bayramı gəlir, o ailələrə yardımlar ediləcək. Biləsiniz ki, biz o insanlara xüsusi diqqət göstəririk. Kömək üçün müraciəti heç vaxt cavabsız qoymuram. Bir neçə gün öncə, Tofiq Bəhrəmov adına stadiondan çıxırdım, bir gənc yaxınlaşdı, kollecdən kənarlaşdırıldığını bildirdi. Dərhal Təhsil Nazirliyi ilə əlaqə saxladım, sağ olsunlar, problemi həll etdilər. Bəzi hallarda deyirlər ki, deputatlar insanlara kömək etmirlər. Bunu hamının adına yazmaq olmaz axı. Görülən işləri ictimailəşdirməyi, reklam etməyi doğru hesab etmirəm. Məmurlara da çağırış edirəm ki, insanlara kömək etsinlər. Bu yükü təkcə dövlət çəkməli deyil, biz də dəstək olmalıyıq. Hər bir məmuru əsas xalq və dövlət düşündürməlidir”.

Tarix: 3 Fevral 2021, 18:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin