BURADA REKLAMINIZ OLA
BİLƏR

İranda baş vermiş təyyarə qəzası nəticəsində sağ qalan olmayıb - VİDEO

İranda baş vermiş təyyarə qəzası nəticəsində sərnişinlərin hamısı həyatını itirib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə "Reuters" məlumat yayıb.

 

İranın Aviasiya Nazirliyinin rəsmi nümayəndəsi Cəfər Zadənin bildirdiyinə görə, təyyarədə 167 sərnişin olub.

 

 

***

08:50

 

Tehran yaxınlığında Ukrayna aviaşirkətinə məxsus  “Boeing 737” sərnişin təyyarəsi qəzaya uğrayıb.

 

Pravda.az-ın xəbərinə görə, təyyarənin göyərtəsində 180 sərnişin olub.

 

Məlumata görə, hadisə İmam Xomeyni adına beynəlxalq hava limanında qeydə alınıb. Təyyarə uçuşdan az sonra yerə düşüb və partlayıb.

 

Hava limanının rəhbəri məlumatı təsdiqləyib. Qəzanın texniki səbəblərdən baş verdiyi bildirilir.

 

 

Tarix: 8 Yanvar 2020, 09:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin