BURADA REKLAMINIZ OLA
BİLƏR

Lavrov: “Çalışacağıq ki, sizi məyus etməyək”

“Bizim hamımızın qarşılaşdığı başlıca problem Rusiya ilə Avropa İttifaqı - Avrasiya məkanındakı iki böyük oyunçu arasında normal münasibətlərin olmamasıdır".

 

Pravda.az-ın xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Aİ-nin Xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrellə görüşündə deyib.

 

“Bizim hamımızın qarşılaşdığı başlıca problem Rusiya ilə Avropa İttifaqı - Avrasiya məkanındakı iki böyük oyunçu arasında normal münasibətlərin olmamasıdır. Bu, əlbəttə ki, qeyri-sağlam vəziyyətdir və heç kəsə xeyir gətirmir. Biz bugünkü danışıqlar zamanı sizin bütün suallarınızı cavablandırmağa hazırıq. Çalışacağıq ki, sizi məyus etməyək”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Tarix: 5 Fevral 2021, 13:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin