BURADA REKLAMINIZ OLA
BİLƏR

“National Geographic” dərgisində tanınmış azərbaycanlı fotoqraf Rəna Əfəndinin fotoreportajı dərc olundu

Dünya şöhrətli “National Geographic” dərgisində tanınmış azərbaycanlı fotoqraf Rəna Əfəndinin fotoreportajı dərc olunub.

 

Pravda.az-ın məlumatına görə, müəllifin “Bilmirəm, evim öz yerindədir, ya yox” adlı fotoreportajında düşmən tapdağından azad edilmiş Kəlbəcər, Qubadlı, Ağdam və Füzulidə çəkdiyi şəkillər yer alıb.

 

Müəllif, eləcə də Birinci Qarabağ müharibəsində öz doğma ata-baba yurdlarından didərgin düşmüş ailələrin taleyinə işıq salıb.

 

“Ağdamda salamat qalmış yeganə bina məscid idi. Ermənilər son 30 ildə şəhərdəki bütün tikililəri tamamilə dağıdıblar. Şəhərin mərkəzindən xeyli uzaqda hərbçilərin səsləri və mina partlayışları eşidilirdi”, - R.Əfəndi qeyd edib.

 

Müəllifin reportajından seçilmiş fotoları təqdim edirik:














Tarix: 6 Fevral 2021, 15:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin