BURADA REKLAMINIZ OLA
BİLƏR

“Kristal Abşeron” cərimələndi

Sumqayıt şəhəri, 9-cu mikrorayon, 59 və 60-cı binaların qarşısında ağac kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

 

Pravda.az-ın xəbərinə görə, bunu ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. O qeyd edib ki, sözügedən əraziyə keçirilən baxış zamanı 1 ədəd söyüd  ağacının kəsildiyi aşkar edilib.

 

“Araşdırma zamanı ağacın “Kristal Abşeron” Mənzil Tikinti Kooperativi tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib olunub və 1800 manat məbləğində ziyan müəyyən edilib” - İ.İbrahimova bildirib.

Tarix: 8 Yanvar 2020, 13:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin