BURADA REKLAMINIZ OLA
BİLƏR

İsrail səfirliklərini yenidən açacaq

Sabahdan etibarən İsrail bütün səfirliklərini yenidən açacaq.

 

Pravda.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyindən bildirilib. Məlumata görə, Maliyyə Nazirliyi ilə problem üzündən bağlanmış diplomatik nümayəndəliklər noyabrın 1-dən əvvəlki fəaliyyətinə qayıdacaq.

 

Qeyd edək ki, Maliyyə Nazirliyinin diplomatların xərcləri ilə bağlı vergilərin geri alınması qərarından sonra səfirliklər bir çox ölkələrdə, o cümlədən Azərbaycan tətil elan etmişdi.

 

Tarix: 31 Oktyabr 2019, 23:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin