BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qarabağ" uğura imza atdı

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə cavab oyunu “Qarabağ” üçün ikiqat yubileylə əlamətdar olub.

 

Peşəkar Futbol Liqasından verilən məlumata görə, erkən qolla hesabı açan Maksim Medvedev kapitanı olduğu komandanın yubiley topuna imza atıb. Bu, “Qarabağ”ın kubokda səfərdə vurduğu 90-cı qol olub. Rəqib meydanında daha iki dəfə fərqlənməklə bu rəqəmi 92-yə çatdıran ağdamlıların 66 görüşdəki orta məhsuldarlığı 1,39-a bərabərdir.

 

3:0 hesabı ilə qalib gələn “Qarabağ” qapısını toxunulmaz saxlayıb. Ağdam klubu ölkə kubokunda 75-ci quru matçını keçirib. Bu göstəricidə rekordçu olan komanda 45 dəfə evdə, 26 dəfə səfərdə, 4 dəfə neytral meydanı qol buraxmadan tək edib.

Tarix: 8 Fevral 2021, 15:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin