BURADA REKLAMINIZ OLA
BİLƏR

“Görəsən, Əjdər Ol Səlim Müslümovu pis əməllərdən niyə çəkindirməyib?”

“Mətbuat yazır ki, yazıçı-şair Əjdər Ol saxlanılıb. Əjdər Ol vaxtı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparat rəhbəri işləyib. Ötən həftə sabiq nazir Səlim Müslümov saxlanılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Əjdər Ol müəllim Səlim Müslümovun rəhbərlik etdiyi dövrdə nazirliyin aparat rəhbəri işləyib. Görəsən, yazıçı-şair Səlim Müslümovu niyə pis əməllərdən çəkindirməyib?”

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Etibar Əliyev deyib.

 

“Bəlkə Əjdər Ol əsərlərində onu vəsf edib? Bunu onun yaradıcılığına bələd olanlar bilərlər... Mən bircə şeyi dəqiq bilirdim ki, Əjdər Ol həmin nazirlikdə Səlim Müslümovun müavinlərindən daha böyük səlahiyyətlər daşıyırdı” – E.Əliyev qeyd edib.

Tarix: 8 Fevral 2021, 22:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin