BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğanla Merkel videokonfrans formatında görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında videokonfrans formatında görüş olub.

Pravda.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Videokonfransda liderlər iki ölkə arasındakı əlaqələr və Türkiyə-Avropa İttifaqı (Aİ) əsas olmaqla, regional məsələlərlə bağlı müzakirələr aparıblar.

Prezident Ərdoğan Türkiyə-Aİ əlaqələrinin müsbət istiqamətdə inkişafına qərarlı olduqlarını ifadə edərək, martda keçiriləcək zirvə toplantısına hazırlıq prosesi üçün danışıqların intensivləşməsi və texniki tərəflərin həll edilməsinin vacibliyini də vurğulayıb.

Tarix: 8 Fevral 2021, 22:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin