BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda yaşayış evində yanğın oldu - 1 nəfər öldü

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Balaxan Süleymanov küçəsi ünvanında fərdi evdə yanğın olması barədə məlumat daxil olub.

 

Pravda.az-ın Nazirliyin saytına istinadən məlumatına görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir, yanğının genişlənməsinin qarşısını almaq üçün təcili və təxirəsalınmaz tədbirlər görülür.

 

İlkin məlumata əsasən, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkarlanıb.

 

Əlavə məlumat veriləcək.

Tarix: 9 Fevral 2021, 16:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin