BURADA REKLAMINIZ OLA
BİLƏR

Teymur Rəcəbov məğlub oldu

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin 1/4 finalında mübarizəyə başlayıb.

 

Pravda.az-ın məlumatına görə, rəqib Niderlandı təmsil edən Aniş Giridir. Tərəflər arasında ilk günün 4 qarşılaşması heç-heçə ilə yekunlaşıb - 2:2. İlk 2 partiyada şahmatçılar xalları yarı bölüblər. Üçüncü partiyada Rəcəbov qələbə qazansa da, dördüncü sınağında məğlub olub.

 

Fevralın 10-da Azərbaycan və Niderland təmsilçiləri yenidən üz-üzə gələcəklər. Növbəti 4 görüşdə də qalib müəyyənləşməsə, tay-breyk olacaq.

 

Qeyd edək ki, Aniş Giri seçmə mərhələni 9,5 xalla 2-ci, Teymur Rəcəbov 8 xalla 7-ci pillədə başa vurub.

Tarix: 9 Fevral 2021, 23:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin