BURADA REKLAMINIZ OLA
BİLƏR

Vəzifədən uzaqlaşdırılan general-mayor Xəqani Cəbrayılovun milyonluq biznes SİYAHISI

Azərbaycan Ordusunun sabiq birlik komandiri general-mayor Xəqani Cəbrayılovun biznesinin siyahısı üzə çıxıb.

 

Pravda.az-ın məlumatına görə, sabiq birlik komandirinin Sumqayıt və Xızı ərazilərində böyük fermaları, restoran və kafeləri fəaliyyət göstərir.

 

Xəqani Cəbrayılovun bizə məlum olan biznes siyahısını oxuculara təqdim edirik:

 

— Sumqayıt şəhərində restoran, kafe və marketləri;

 

— Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən hissəsində restoran;

 

— Xızı rayonunun Şorabad kəndi və Yaşma qəsəbəsi ərazilərində hektarlarla sahəni əhatə edən donuz ferması;

 

— Xızı rayonunun Altıağac qəsəbəsi ərazisində torpaq sahələri və istirahət mərkəzi;

 

— Xızı rayonu ərazisində heyvandarlıq təsərrüfatı.

 

Xəqani Cəbrayılovun ölkə xaricində də biznesinin olduğu haqda məlumatlar var.

 

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər.

 

Bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

 

Onu da bildirək ki, Xəqani Cəbrayılov Orduda general-leytenant Rövşən Əkbərovun yaxın adamı kimi tanınır.

 

Demokrat.az

Tarix: 10 Fevral 2021, 14:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin