BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu universitetlərdə də ənənəvi tədris bərpa edilməyəcək

Azərbaycanda daha iki universitet fevralın 15-dən ənənəvi tədrisi bərpa etməmək barədə qərar verib.

Pravda.az-ın məlumatına görə, Azərbaycan Texniki Universiteti (AzTU) və Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ikinci smestri onlayn şəkildə davam etdirəcək.

ADAU-dan bildirilib ki, tədris distant (onlayn) formada və ADAU TV vasitəsilə keçiriləcək.

AzTU-nun mətbuat katibi Sevinc İsgəndərova “Report”a bildirib ki, tədris onlayn şəkildə davam edəcək: "Laboratoriya dərslərində virtual laboratoriya təqdim olunacaq".

Tarix: 11 Fevral 2021, 17:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin