BURADA REKLAMINIZ OLA
BİLƏR

“YAŞAT”ın Himayəçilik Şurasının növbəti iclası keçirildi

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun Himayəçilik Şurasının növbəti iclası keçirilib.

 

Pravda.az xəbər verir ki, şuranın xaricdə yaşayan üzvləri iclasa videokonfrans formatında qoşulublar.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Fondun bu günə qədər həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Həmçinin gələcək fəaliyyətə dair planlar, nəzərdə tutulan məsələlər diqqətə çatdırılıb.

 

Himayəçilik Şurasının üzvləri də cari məsələlər, həmçinin gələcək fəaliyyətə dair təkliflərini diqqətə çatdırıblar.

 

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Fondun vəsaitinin sərəncamçısı müəyyən edilib. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti isə Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.

Tarix: 12 Fevral 2021, 10:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin