BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəhər-rayon polis idarələrində vaksinasiyaya başlanacaq

Yaxın vaxtlarda respublikanın şəhər-rayon polis idarələrində COVİD-19 əleyhinə vaksinasiyaya start veriləcək.

Pravda.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin tibb idarəsinin şöbə rəisi Loğman Zeynalov deyib.

O qeyd edib ki, Azərbaycanda COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya prosesi davam edir: “Arif Heydərov adına tibb hospitalı və digər klinikalar zəruri avadanlıqlarla təchiz olunub. Vaksinasiyanı aparacaq tibb işçiləri təlimlərə cəlb edilib.

Qeyd edək ki, Bakıda polis əməkdaşları arasında vaksinasiya prosesinə 6 fevral tarixindən start verilib.

Tarix: 12 Fevral 2021, 11:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin