BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənistan hakimiyyəti müharibədə 2425 nəfərin öldüyünü deməklə xalqını aldadır”

“2020-ci ildə Ermənistanda əhalinin təbii artımı 1077 nəfər və ya əvvəlki illə müqayisədə 0,9 faiz olub. Ötən il Ermənistanda ölüm səviyyəsi 2019-cu ildəki 26 186  35 371-ə qədər və ya 35 faiz artıb. Bu statistikaya müharibədə və koronavirusdan ölənlər də daxil edilib. Nəzərə alanda ki, ötən il 2823 nəfər COVİD-dən ölüb, onda 2019-cu illə müqayisədə artan 9185 ölümün yerdə qalan hissəsinin  6352 nəfərin müharibədə tələf olduğunu  ehtimal etmək olar. Bu isə o deməkdir ki, Ermənistan hakimiyyəti müharibədə yalnız 2425 nəfərin öldüyünü deməklə xalqını aldadır».

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib.

 

“Demoqrafik statistikadan göründüyü kimi ölənlərin gerçək sayı açıqlanandan ən azı 2,5 dəfə çoxdur” – Q.İbadoğlu qeyd edib.

Tarix: 12 Fevral 2021, 22:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin