BURADA REKLAMINIZ OLA
BİLƏR

Misir Mərdanov: “Bəzi hallarda peyvənd olunmaqdan ehtiyat edirlər, qorxulu heç nə yoxdur”

“Özümü kifayət qədər yaxşı hiss edirəm, hər şey normaldır. Doğrudur, bəzi hallarda koronavirus əleyhinə peyvənd olunmaqdan ehtiyat edirlər, amma qorxulu heç nə yoxdur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycanın keçmiş təhsil naziri Misir Mərdanov deyib.

 

M.Mərdanov tövsiyə edir ki, ümumiyyətlə, vaksinasiyadan qorxmaq lazım deyil: “Peyvənd olunduqdan sonra, sadəcə, ümumi qaydalara əməl etmək kifayətdir. Vaksindən sonra özümü tamamilə rahat hiss edirəm, sağlığımda hansısa mənfi dəyişiklik olmayıb”.

 

“Həkim göstəriş verib ki, martın  13-də ikinci dəfə vaksinasiyadan keçmək üçün yenidən müraciət etməliyəm və təbii ki o müddətə qədər karantin qaydalarına əməl etmək vacibdir: sosial məsafə saxlamaq, tibbi maskadan istifadə etmək və s. Bir şeyi də qeyd edim ki, mən hələki koronavirusa yoluxmamışam”, - deyə eks-nazir qeyd edib.

 

Qeyd: Fevralın 13-də Azərbaycanın keçmiş təhsil naziri Misir Mərdanov koronavirus əleyhinə peyvənd olunub. Sabiq nazirə COVID-19-a qarşı vaksin Abşeron rayon Mərkəzi xəstəxanasında vurulub.

 

Nəzrin Cavid

Tarix: 15 Fevral 2021, 10:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin