BURADA REKLAMINIZ OLA
BİLƏR

Nərgiz Cəlilova: “Televiziyada maaş çox aşağıdır”

“Televiziyada maaş çox aşağıdır. Əvvəlcədən belə olub. Aparıcılarımız var ki, efirdən əlavə tədbirlər idarə edirlər. Ev şənlikləri, konsert və s. kimi misal çəkə bilərəm”.

 

Pravda.az xəbər verir ki, bu sözləri məşhur teleaparıcı Nərgiz Cəlilova “Səhər Mərkəzi” proqramına qonaq olarkən deyib.

 

N. Cəlilova qeyd edib ki, aparıcıların əksəriyyətinin tədbirləri olmur, quru maaşa işləyirlər: “Bu maaşla ailə saxlamalıdırlar. Günün tələbləri böyükdür. İnsan gəzmək, yaxşı geyinmək, ləziz yemək istəyir. Bu səbəbdən gənclər özəl şirkətlərə üz tuturlar, çalışırlar. İnanıram ki, bu problemlər həll olunacaq”.

Tarix: 15 Fevral 2021, 13:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin