BURADA REKLAMINIZ OLA
BİLƏR

Fərid Hacıyev vəzifəsindən azad edildi

Milli Məclisdə yeni kadr təyinatları olub.

 

Pravda.az-ın xəbərinə görə, Sahibə Qafarovanın müvafiq əmri Milli Məclis sədrinin köməkçisi Fərid Hacıyev vəzifəsindən azad edilib.

 

Bununla da Milli Məclis sədrinin köməkçilərinin sayı 4-dən 3-ə enib.

 

S.Qafarovanın daha bir əmri ilə isə Mehdi Dünyamalı oğlu Qurbanov Milli Məclis Aparatında yeni yaradılan Sosial qanunvericilik şöbəsinə müdir müavini təyin edilib.

 

Xatırladaq ki, F.Haciyev Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri təyin edilib.

Tarix: 15 Fevral 2021, 15:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin