BURADA REKLAMINIZ OLA
BİLƏR

Aynur Camalqızı üzük məsələsinə aydınlıq gətirdi: “Elə yazı yazmamışam”

“Əminəm ki, elə yazı oxumamısınız. Çünki elə yazı olmayıb ki, mən nişan üzüyümü hədiyyə verəcəyəm. Haqlısınız, başqa yazıları yayırlar, amma elə yazı yoxdur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat, “Teleqraf” media qrupunun rəhbəri Aynur Camalqızı “Rəqibləriniz və sizi sevməyənlər hədəfə alanda, daha çox məşhur üzük məsələsini gündəmə gətirirlər. Həmin üzüyün aqibəti necə oldu?” sualını cavablandırarkən deyib.

 

A.Camalqızı bildirib ki, iddia absurddur: “Mən 2000-2005-ci illərdə “Yeni Müsavat” qəzetində çalışmışam. Qəzetin arxivi var. Araşdırın, həmin yazı olan nömrəni tapsanız, yayın, mən də Sizdən üzr istəyim. Bu, rəqiblərimin uydurmasıdır. Elə bir yazının yazılması mümkün də deyildi, çünki nişan üzüyüm yox idi. Kimsə nişan üzüyündən danışırsa, deməli, nişanlı olmalıdır. Nişan üzüyüm yox idisə, nəyi hədiyyə verə bilərdim?”

 

O, mövqeyini dəyişməsi ilə bağlı suala isə belə cavab verib: “Qəbul edək ki, yalnız ölülər fikirlərini dəyişmirlər”.

 

Qeyd: açıqlama A.Camalqızının Meydan.tv-yə verdiyi müsahibədən çıxarılıb.

 

Fərid

 

 

Tarix: 15 Fevral 2021, 23:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin