BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Həsənovun vəzifədən azad edilən qaynı danışdı: “Dövlətə bağlı insanlarıq”

"Biz dövlət qulluqçusuyuq. Dövlət qulluqçuları dövlət tərəfindən vəzifəyə təyin olduqları kimi, azad da edilə bilərlər".

 

Bunu Pravda.az-a açıqlamasında xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilən Cəbrayıl Vəliyev deyib.

 

“Sosial şəbəkələrdə yayılan söz-söhbətlərə gəlincə, mən sosial şəbəkələrdə işləmirəm, daxili işlər orqanlarının əməkdaşıyam. Biz harda olsaq da, dövlətə və dövlətçiliyə bağlı insanlarıq”,- deyə C.Vəliyev əlavə edib.

 

O, əsəbiləşdiyindən əlavə suallara cavab verməkdən imtina edib

 

Qeyd: Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsinin rəisi Cəbrayıl Vəliyev fevralın 12-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmri ilə vəzifəsindən azad edilib. Əmrə əsasən, C.Vəliyev xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

 

Xatırlatma: C.Vəliyev daha əvvəl Salyan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb və o, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun qaynıdır.

Fotoları təqdim edirik
Tarix: 16 Fevral 2021, 15:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin