BURADA REKLAMINIZ OLA
BİLƏR

Turan Həsənzadəyə vəzifə verildi - FOTO

Astara Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Qəzənfər Ağayev müvafiq sərəncam imzalayıb.

 

Belə ki, Turan Rafiq oğlu Həsənzadə  RİH-də yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə müdir təyin edilib.

 

Qeyd: T.Həsənzadə Vətən müharibəsi iştirakçısıdır. O, Prezident İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Xatırlatma: T.Həsənov bu təyinatadək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsində çalışıb.

 

İdris Hüseynli

Fotoları təqdim edirik
Tarix: 16 Fevral 2021, 18:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin