BURADA REKLAMINIZ OLA
BİLƏR

Cəbi Bəhramov vəzifəyə təyin olundu - FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutuna icraçı direktor təyinatı olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov təyin olunub.

 

O, bu təyinatadək institutun elmi işlər üzrə direktor müavini olub.

 

1959-cu il təvəllüdlü C.Bəhramov 1982-ci ildən institutda çalışır.

 

Qeyd: ötən ay Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov vəzifəsindən azad edilib və institutun baş direktoru vəzifəsinə tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov təyinat alıb.

 

Xatırlatma: Bir müddət əvvəl AMEA-nın nizamnaməsində dəyişiklər edilib. Yeni struktur dəyişikliyinə əsasən, akademiyanın institutlarında baş direktor və icraçı direktor vəzifəsi təsis edilib.

 

İdris Hüseynli

Fotoları təqdim edirik
Tarix: 17 Fevral 2021, 08:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin