BURADA REKLAMINIZ OLA
BİLƏR

Vətən müharibəsi qazisi vəzifəyə təyin edildi - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin "Yerli icra hakimiyyətləri haqqında Əsasnaməyə dəyişiklik edilməsi haqqında" müvafiq Fərmanına əsasən, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

 

Pravda.az xəbər verir ki, həmin vəzifəyə Vətən müharibəsinin iştirakçısı, Fizuli istiqamətində gedən döyüşlərdə yaralanmış, Azərbaycan Respublikası Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı ilə "Cəsur döyüşçü" medalı ilə təltif olunmuş Bayramov Cəlal Rauf oğlu təyin edilib.

Fotoları təqdim edirik
Tarix: 17 Fevral 2021, 01:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin