BURADA REKLAMINIZ OLA
BİLƏR

Ekspert: “Məktəblərdə şagirdlərin hicab taxmasına heç bir məhdudiyyət, qadağa yoxdur”

“Yaxşı olar ki, hər tədris ilinin əvvəlində pedaqoji şurada məktəbli forması təstiq ediləndə hicabdan istifadə olunmuş nümunə də təsdiq edilsin.  Amma etiraf edək ki, dövlət ümumtəhsil məktəblərinin heç biri bunu etmir və ona görə də, mütəmadi olaraq, hicab taxmış şagirdlərlə bağlı müəyyən narahatlıqlar yaranır”.

 

Pravda.az xəbər verir ki, bu barədə təhsil üzrə ekspert Kamran Əsədov deyib.

 

O qeyd edib ki, ölkədə heç bir qanunvericilik aktı təhsil alan şəxslərə təhsil müəssisələrinə hicabla gəlməyə qadağa qoymur: “Bildiyimiz kimi "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə uyğun olaraq, şagirdlərin geyim forması təhsil aldıqları məktəbin nizamnaməsi ilə müəyyən edilir. Məktəbin nümunəvi əsasnaməsi var ki, dərs mühitində, tədris prossesində geyim qaydaları da həmin nümunəvi əsaslara uyğun olmalıdır. Yəni burada məktəbdaxili mühit və tədris prosesinin effektiv təşkili bundan asılıdır. Hər bir məktəbin pedoqoji heyətinin məktəb pedaqoji şurasının qərarı ilə təsdiq olunan geyim forması var. Daha çox məktəb geyimi bu formalara uyğun olaraq tənzimlənir. Hər şey məktəbin daxili nizamnaməsinə uyğun olaraq məktəbdaxili mühitə hesablanmalıdır və o əsasda olmalıdır. Yaxşı olar ki, hər tədris ilinin əvvəlində pedaqoji şurada məktəbli forması təsdiq ediləndə hicabdan istifadə olunmuş nümunə də təsdiq edilsin. Amma etiraf edək ki, dövlət ümumtəhsil məktəblərinin heç biri bunu etmir və ona görə də, mütəmadi olaraq, hicab taxmış şagirdlərlə bağlı müəyyən narahatlıqlar yaranır. Bir daha deyirəm ki, məktəblərdə şagirdlərin hicab taxmasına heç bir məhdudiyyət, qadağa yoxdur”.

 

Nəzrin Cavid

Tarix: 17 Fevral 2021, 10:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin