BURADA REKLAMINIZ OLA
BİLƏR

Coğrafiya İnstitutu sürüşmənin səbəblərini AÇIQLADI

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu “Geomorfologiya və təbii risklər” şöbəsinin əməkdaşları – coğrafiya üzrə fəlsəfə doktorları Rəfail Abdullayev və dosent Starə Tarixazər bu gün saat 9.05-də Bayıl ərazisində baş vermiş sürüşmə zonasında olublar.

 

Pravda.az-ın xəbərinə görə, İnstitutun hadisə yerində olan əməkdaşları Bayıl yolunun Badamdar qəsəbəsinin 1,1 km-liyində (400 19I   56 II   N-şimal enliyi; 490  48I  40II E-şərq uzunluğu) baş vermiş torpaq sürüşməsinin yolu tam bağladığını müşahidə ediblər.

 

Onlar sürüşmə kütləsinin böyüklüyünü və onun 80-85 m enində olan bir hissəsinin 100-120 m uzunluqda yerdəyişməyə məruz qaldığını xüsusi qeyd ediblər.

 

Tədqiqatçılar bildirirlər ki, Badamdar-Bayıl yolu hələ çar Rusiyası dövründən neft mədənlərində istifadə olunan ağır texnikanın hərəkətini təmin edib.

 

Son vaxtlar yol ətrafı qruntda baş vermiş aktivlik tam şəkildə antropogen təsirin nəticəsidir. Ərazinin intensiv mənimsənilməsi, tikinti normativlərinə əməl edilməməsi, sürüşmə zonasının həddən artıq yüklənməsi, kanalizasiya xətlərinin olmaması, yeni yolların salınmasında buraxılmış səhvlər və s. ümumu tarazlığın pozulmasına və ərazidə sürüşməyə meylli kütlənin aktivləşməsinə gətirib çıxarıb. Belə aktivləşmədə təbii amillərin təsiri (atmosfer yağıntılarının miqdarı, qrunt sularının səviyyə artımı və s.) daha az ehtimal olunur.

 

 

Tarix: 9 Yanvar 2020, 18:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin