BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda daha bir binada yanğın

Bakı şəhərinin Nizami rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.

 

Pravda.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, ikimərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 45 kvadrat metr olan otaqda ev əşyaları 8 kvadrat metr sahədə yanıb.

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb.

 

Otaqlar yanğından mühafizə olunub. Yanğın söndürülüb. 

Tarix: 19 Fevral 2021, 00:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin