BURADA REKLAMINIZ OLA
BİLƏR

Bağçalara qəbul dayandırıldı

Məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçaları) uşaq qəbulu müvəqqəti dayandırılıb.

 

Pravda.az-ın xəbərinə görə, bağça rəhbərləri və müəllimlərin vaksinasiyası başa çatana qədər məktəbəqədər təhsil müəssisələrində yeni uşaqlar qəbul edilməyəcək. Daha sonra epidemioloji vəziyyətdən asılı olaraq məsələyə baxılacaq.

 

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən faktı APA-ya təsdiqləyiblər.

 

Xatırladaq ki, uşaq bağçaları fevralın 15-dən fəaliyyətini bərpa edib.

 

APA

Tarix: 19 Fevral 2021, 18:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin