BURADA REKLAMINIZ OLA
BİLƏR

Dilavər Əzimlinin səhhətində son durum

Koronavirusa yoluxan tarixçi alim Dilavər Əzimlinin xanımı onun səhhətindəki son durum haqqında məlumat verib.

Pravda.az-ın xəbərinə görə, Dilavər Əzimlinin həyat yoldaşı Arzu Qazıyeva alimin səhhətində irəliləyiş olmadığını bildirib:

“Həkimlər dedi ki, hələ irəliləyiş yoxdur. Müalicə davam edir, amma həkimlər istənilən nəticəni ala bilmirlər. Səhhəti ağır-stabildir. Uzun müddətli EKMO aparatına qoşulub. Həkimlər onun reanimasayadan nə zaman çıxacağı, EKMO aparatından nə vaxt ayrılacağı haqqında dəqiq söz demirlər. Ciyərlərin bərpası vaxt aparan məsələdir”.

Qeyd edək ki, Dilavər Əzimli FHN-nin Zığdakı modul tipli xəstəxanasına yerləşdirilib.


Teleqraf.com


Tarix: 19 Fevral 2021, 21:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin