BURADA REKLAMINIZ OLA
BİLƏR

Dünyanın ən etibarlı avtomobilləri açıqlandı - SİYAHI

Amerikanın “J.D. Power” şirkəti müxtəlif avtomobil markalarının etibarlılığının tədqiqatını aparıb.

 

Pravda.az xəbər verir ki, bununla bağlı məlumat şirkətin saytında yerləşdirilib.

 

Analitiklər buraxılış tarixi 2018-ci il olan 33 251 avtomobilin sahibi arasında sorğu keçiriblər. Suallar son 12 aylıq istifadədə yaranan problemlərə aid olub və səkkiz əsas kateqoriya üzrə toplanılmış 177 spesifik problemi əhatə edib.

 

Ən etibarlı marka kimi “Lexus” şirkətinin avtomobili tanınıb. Siyahıda ikinci yerdə “Porsche” avtomobilləri qərarlaşıb, üçüncü yeri isə “Kia” maşınları tutub. Bu halda tədqiqatın müəllifləri qeyd ediblər ki, Koreya istehsalçısı kütləvi bazarın markaları arasında ən yüksək yeri tutub.

 

İlk beşliyə həmçinin “Toyota”, “Buick” və “Cadillac” da daxil olub.

 

Şirkətdə həmçinin qeyd ediblər ki, analitik nəticələr əvvəlki illərlə müqayisədə avtomobillərin etibarlılığının səviyyəsinin əhəmiyyətli artımını göstərib.

 
Report.az
Tarix: 20 Fevral 2021, 08:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin