BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəhid Elşadın övladı dünyaya gəldi - FOTO

Tovuz döyüşlərində şəhid olan Məmmədov Elşad Dönməz oğlunun ikinci övladı dünyaya gəlib.

 

Yaxınlarının verdiyi məlumata görə, yeni doğulan körpəyə Elşad adı verilib.

 

Qeyd edək ki, Elşad Məmmədov Tovuzun Ağdam kəndindədir. O, iyulun 12-də cəbhənin Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. 1996-cı il təvəllüdlü Baş əsgər şəhid olarkən ilk övladı Məhəmməd 7 aylıq idi.

 

Xatırladaq ki, Elşad Məmmədovun xalası oğlu, 1985-ci ildə Tovuzun Ağdam kəndində anadan olan MAXE Elbrus Yusifov da Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb.

Qafqazinfo
Tarix: 20 Fevral 2021, 17:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin