BURADA REKLAMINIZ OLA
BİLƏR

Xamneyi Trampın qanlı fotosunu paylaşdı

İranın ali dini lideri Ayətullah Xamneyinin veb səhifəsi ABŞ Prezidenti Donald Trampın üzünə “qanlı sillə” vurulmuş fotoşəkil yayımlayıb.

 

Pravda.az xəbər verir ki, fotoya “Hərbi əməliyyat kifayət deyil, ABŞ-ın varlığına son qoyulmalıdır” qeydi yazılıb.

 

Saytda eləcə də Xamneyinin fikirləri yer alıb:

 

“ABŞ bölgəyə müharibə, anlaşılmazlıq, dağıntılar gətirdi, region ölkələri və xalqları ABŞ-ın varlığını rədd edir. ABŞ-a ağır zərbə vurduq, lakin Süleymaninin intiqamı başqa bir mövzudur”.

 

Xatırladaq ki, dini lider ABŞ-ın üzünə sillə vurduqlarını bəyan etmişdi.

Fotoları təqdim edirik
Tarix: 9 Yanvar 2020, 23:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin