BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ-ın aviabazasına növbəti raket atıldı

İraqın paytaxtı Bağdaddan şimaldakı Əd-Dudjeyl (Salah-əd-Din vilayəti-red) ərazisindəki "Balad" aviabazası yaxınlığında raket düşüb.

Pravda.az-ın xəbərinə görə, bu barədə ölkənin təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən İraqın “Al Sumaria” telekanalı bildirib.

Raketin hansı istiqamətdən atıldığı məlum deyil.

“Mawazin News” informasiya portalı da xəbəri təsdiqləyib. Portal bildirib ki, raket atəşi nəticəsində zərər çəkən olmayıb. Hadisənin təfərrüatları açıqlanmır.

Qeyd edək ki, “Balad” ABŞ-ın İraqdakı aviabazasıdır. Baza yanvarın 4-də də raket atəşinə tutulub. ABŞ-ın koalisiya qüvvələrinin olduğu bazaya naməlum istiqamətdən azı 3 raket atılıb.Report

Tarix: 10 Yanvar 2020, 00:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin