BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda "BMW" aşdı - 6 nəfər xəsarət aldı

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Pravda.az-ın xəbərinə görə hadisə bu gün saat 15:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 200-cü kilometrliyində, Göyçayın Qarayazı kəndi ərazisindən keçən hissəsindən qeydə alınıb.

 

"BMW" markalı minik avtomobili yoldan çıxaraq su arxına aşıb. Hadisə zamanı 6 nəfərin xəsarət aldığı bildirilir. Yaralıların adları hələ ki, məlum deyil.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 

APA

Tarix: 21 Fevral 2021, 16:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin