Qubanın icra başçısı həbs edilib?

Qubanın İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin DTX tərəfindən saxlanması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

 

Yayılan məlumatın həqiqətə uyğun olmadığı bildirilib.

 

Qeyd edək ki, bu gün bəzi xəbər saytlarında İcra başçısı Ziyəddin Əliyevin 200 nəfərin kartını mənimsəməsi barədə məlumat yayılmışdı.

 

Daha sonra isə onun Ukraynadakı biznesi barədə məlumatlar tirajlanmışdı.

 

Bu məlumatlardan sonra sosial şəbəkələrdə Ziyəddin Əliyevin həbsi xəbəri yayılmışdı.

 

Sfera.az

Tarix: 21 Fevral 2021, 23:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin