BURADA REKLAMINIZ OLA
BİLƏR

Salyanda avtobus aşdı, xəsarət alanlar var

Salyanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə bu gün səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Qazel” markalı mikroavtobus anidən idarəetmədən çıxıb və yolun kənarına aşıb.

 

Nəticədə Sabirabadın Muğan Gəncəli kənd sakinləri, 1971-ci il təvəllüdlü Mirzəyeva Nüşabə Nadir qızı, 1959-cuil təvəllüdlü Quliyev Faiq Yavər oğlu və 1960-cı il təvəllüdlü Hüseynova Dilbər Allahpayı qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.Report

Tarix: 10 Yanvar 2020, 09:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin